ABŞ Prezidenti Donald Tramp vəzifəsinin ilk günündə ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxarılması haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə CNN məlumat yayıb.
Tramp uzun müddətdir ki, ÜST-ni tənqid edirdi, onun administrasiyası isə 2020-ci ilin iyulunda COVID-19-un yayılması zamanı təşkilatdan rəsmi olaraq çıxıb.
Sənədin mətnində ABŞ-nin qurumdan çıxmasının səbəbləri kimi təşkilatın Çinin Vuhan şəhərində yaranan COVID-19 pandemiyasını və digər qlobal sağlamlıq böhranlarını düzgün idarə etməməsi, lazımi islahatları təcili şəkildə həyata keçirmək iqtidarında olmaması və ÜST-yə üzv ölkələrin yersiz siyasi təsirindən müstəqillik nümayiş etdirməyə qadir olmaması göstərilir. Sərəncamda, həmçinin bildirilir ki, ÜST ABŞ-dən ədalətsiz olaraq ağır ödənişlər tələb etməyə davam edir.
Paylaş: