Xəbər lenti

NATO-ya üzv ölkələr gələn həftə Şimali Atlantika Şurasında Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərini müzakirə edəcəklər.

“Report” xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Kristin Lambrext Litvaya səfəri zamanı bildirib.

Onun sözlərinə görə, Almaniya NATO-dakı müttəfiqlərinin təhlükəsizliyini qorumaq üçün lazımi addımlar atmağa:

“Mən açıq şəkildə bildirdim ki, biz düşmüş olduğumuz gərgin vəziyyəti həm diplomatik səviyyədə, həm də etibarlı məhdudlaşdırma tədbirləri ilə həll etməliyik. Rusiyanın təqdim etdiyi təkliflərin müzakirəsi düzgün və vacibdir, lakin Rusiyanın NATO tərəfdaşlarına necə mövqe tutmağı tövsiyə etməyə icazə vermək olmaz”.

O qeyd edib ki, alyans Ukraynadakı vəziyyətin inkişafını diqqətlə izləyir.



Ana səhifəyə qayıt        Baxış: 3 028          Tarix: 19-12-2021, 19:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma