Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
“Azərbaycan-Fransa münasibətlərinə Bakının və Parisin nümayəndələri şərh verə bilərlər”.
“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağa səfər edən Fransa prezidentliyinə namizəd Valeri Pekres barədə söylədiyi tənqidi fikirlərə dair suala münasibət bildirərkən deyib. Ermənistan mətbuatı Zaxarovanın bu təxribatçı suala cavabını onun Azərbaycan Prezidenti barədə danışmaqdan yayınması kimi qələmə verib...
Bununla yanaşı, Pekresin Qarabağa məlum səfərini və Azərbaycan Prezidentinin sülhməramlıların ünvanına söylədiyi iradları, eləcə də Fransa prezidentliyinə namizədin Laçın dəhlizində saxlanılmasının mümkünlüyü barədə dediklərini şərh edən Zaxarova birmənalı sayıla bilməyəcək açıqlama verib. Zaxarova deyib ki, Qarabağın rus hərbi kontingentinin nəzarətində olan hissəsinə səfərlərin təşkili sülhməramlıların rəhbərliyi ilə razılaşdırılmalıdır: “Rusiya sülhməramlı kontingenti Laçın dəhlizi və təmas xətti boyunca 2020-ci ilin 9 noyabrında imzalanmış üçtərəfli razılaşma əsasında yerləşdirilib. Razılaşmanın 6-cı bəndinə əsasən Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətindədir. Azərbaycan hər iki istiqamətdə vətəndaşların, yüklərin, nəqliyyatın hərəkətinin təhlükəsizliyinə təminat verir.
Sülhməramlı kontingentin komandanlığı sülhməramlı əməliyyatın həyata keçirildiyi ərazini xarici vətəndaşların, beynəlxalq təşkilatların missiyalarının ziyarət etməsinə dair qaydalar müəyyən edib. Bu qaydalar Ermənistan və Azərbaycan tərəflərinə yaxşı məlumdur. Xüsusi olaraq, belə səfərlərlə bağlı Rusiya sülhməramlılarına əvvəlcədən və ətraflı məlumat verilməsi nəzərdə tutulur.”
Lakin M.Zaxarova məhz Valeri Pekreslə bağlı əvvəlcədən rus sülhməramlılarına xəbər verilib-verilmədiyi, səfərin razılaşdırılıb-razılaşdırılmadığı barədə məsələyə aydınlıq gətirməkdən yayınıb. Əslində isə bununla da Zaxarova dolayısı ilə Pekresin və başının dəstəsinin Qarabağa gizli səfərinə ruslar tərəfindən razılıq verildiyini etiraf edib və bir daha Rusiyanın sülhməramlı missiya adı altında Qarabağa yerləşdirdiyi hərbi kontingentin öz missiyasından kənara çıxdığını, Azərbaycanın suveren hüquqlarına məhəl qoymadığını, bir sözlə, özünü sülhməramlı deyil, işğalçı ordu kimi apardığını təsdiqləmiş olub.
Xatırladaq ki, Azərbaycan Prezidenti ölkə televiziyalarına son müsahibəsində Pekresin Qarabağa qanunsuz səfərinə toxunaraq, sülhməramlıların davranışlarını tənqid etmişdi: "Bizə belə bir cavab verildi ki, biz görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o, hansısa adi bir maşında gəlib və sair. Halbuki, əlbəttə, bu, inandırıcı deyil və mən necə var elə də deməliyəm, müsbəti də, mənfini də. Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər.
Onun yanında Fransanın keçmiş xarici işlər naziri, avrokomissar Barnye, bir deputat olmuşdur. Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə. Laçın dəhlizi bizim nəzarətimiz altındadır. Siz Şuşada olmusunuz, görmüsünüz. Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz. Ona görə belə hallar baş verir, buna yol vermək olmaz qətiyyən və buna son qoyulmalıdır. Məndə olan məlumata görə, Qarabağa gələn Ermənistan nümayəndələri sülhməramlı missiyaya xarici vətəndaşların səfərləri ilə bağlı müraciətlər edirlər. Orada ya icazə verilir, ya da ki, verilmir.
Ümumiyyətlə, deyə bilərəm ki, həm giriş-çıxışda, həm Xankəndidə, həm ətraf bölgələrdə baş verən bütün hadisələrdən bizim dəqiq xəbərimiz var. Ona görə bizdən nəyisə gizlətmək, “görməmişik, bilməmişik” demək, qeyri-ciddidir".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar