Xəbər lenti

 
Ədalət Partiyasının Siyasi Şurasının iclası keçirilib.
 
Ovqat.com-un məlumatına görə, iclasda ölkədə cərəyan edən aktual məsələlər müzakirə edilib. 
 
Siyasi Şura üzvləri Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin həbsinə münasibət bildiriblər. Qeyd olunub ki, siyasi partiya sədrinin düşüncə və fikrinə görə azadlıqdan məhrum edilməsi doğru addım deyil. Belə ki, Ə.Əliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 147-ci maddəsində alternativ sanksiyalar nəzərdə tutulsa da, ona ən ağır cəzanın verilməsi yolverilməzdir.
 
Siyasi Şura üzvləri həmçinin ölkədə qiymətlərin qalxması və bahalaşmaya da münasibət bildiriblər. Son vaxtlar ərzağın və digər məhsulların qiymətlərinin qalxması, elektrik enerjisinin, qazın qiymətinin artırılmasının əhalinin sosial durumuna olduqca mənfi təsir göstərdiyi qeyd olunub. Eyni zamanda bildirilib ki, kommunal xidmətlərin qiymətlərinin qaldırılmasına rəğmən, qaz və elektrik enerjisindən istifadə limitinin də azaldılması əhalinin durumunun daha da ağırlaşmasına səbəb olur. Siyasi Şura üzvləri hakimiyyəti əhalinin sosial vəziyyətinə həssaslıq göstərməyə və təcili tədbirlər görməyə çağırıb. 


Ana səhifəyə qayıt        Baxış: 4 167          Tarix: 31-01-2022, 18:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma