Xəbər lenti

Türkiyədə Təhlükəsizlik Şurasının təcili toplantısı başlayıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, iclasda Rusiyanın Ukraynaya hərbi müdaxiləsi müzakirə olunacaq.

10:36
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Təhlükəsizlik Şurasını təcili iclasa çağırıb.

“Report” xəbər verir ki, bu barədə "Sabah" qəzeti yazıb.

Bildirilib ki, toplantıda Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları müzakirə olunacaq. 

Eyni zamanda, NATO çərçivəsində atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılacaq. 

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.



Ana səhifəyə qayıt        Baxış: 5 777          Tarix: 24-02-2022, 12:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma