Xəbər lenti
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
ABŞ, Böyük Britaniya həftələr öncə Rusiyanın Ukraynanı işğal etmək, qərbpərəst hakimiyyətini devirmək planları haqqında kəşfiyyat məlumatları açıqlamışdılar. Prezident Vladimir Putin və ətrafı işğal planını təkzib edirdi, hətta bir ara Ukrayna sərhədlərindən və Belarusdan təlim adı ilə yığılmış ordu hissələrinin daimi dislokasiya yerlərinə qayıtması haqqında görüntü də yaratmışdılar.
Ukrayna hakimiyyəti sona qədər müharibə olmayacağına inanırdı, Prezident Volodimir Zelenski hətta Qərbi müharibə təhlükəsini şişirtməklə xarici sərmayələri ölkədən qaçırmaqda qınamışdı. Amma nə yazıq ki, ABŞ və Britaniya kəşfiyyatlarının hətta saatına qədər dəqiq açıqladıqları işğal planı işə düşdü və bu gün Rusiya ordusu Ukrayna paytaxtı da daxil olmaqla bütün ölkə ərazsində müharibə aparır.
Əlbəttə, suveren bir ölkəyə qarşı təcavüz etmək, onun paytaxtını ələ keçirib hakimiyyətini devirmək kimi aqoniyanın reallaşması heyrət doğurur. XXI əsrdə, beynəlxalq hüququn, nizamın işlədiyi bir dünyada BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan bir ölkənin suveren bir dövlətə qarşı hərbi təcavüzə əl atması dəhşətli haldır. Şübhəsiz ki, Rusiya hakimiyyətinin həyata keçirdiyi bu avantüra dünyaya çox ciddi təsir edəcək, xalqlar, dövlətlər əziyyət çəkəcək, çoxsaylı qurbanlar olacaq, iqtisadiyyatlar zərər görəcək. Amma ümid var ki, Putinin yaratdığı bu qarmaqarışıqlıq dövrü çox uzun olmayacaq, sivil dünya onu ram etməyin bir yolunu tapacaq...
Prezident Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransında zalın ayaq üstə alqışladığı çıxışında Qərb liderlərinə tarixi müraciətini səsləndirmişdi: "Deyirsiz, Rusiya Ukraynaya hərbi təcavüz edəcək, onu işğal edəcək, siz də bundan sonra ona qarşı sanksiyalar qoyacaqsız. Bu sanksiyaları indi qoyun, Rusiya işğalını dayandırın, Ukrayna təcavüzə məruz qalandan sonra sizin sanksiyalar bizə lazım deyil..."
Prezidentin dünən gecə xalqa müraciətində də Qərb liderlərinə qınaq, ittiham vardı. Zelenski demişdi ki, NATO ölkələri qorxur, onun təhlükəsizliyinə təminat verə bilmir, Ukraynanı öz cərgəsinə qoşmaq istəmir: "Biz tək qalmışıq, amma qorxmuruq!..."
Qərbin adekvat olmayan davranışlarının ən müxtəlif səbəbləri var. Rusiyadan enerji asılılığı, müharibədən qaçmaq, özünü qorumaq istəyi və s. Bu gün yayılan xəbərlərdən belə məlum olur ki, ABŞ və Böyük Britaniya Rusiyaya qarşı ən ağır sanksiyaları tətbiq etmək istəyirlər, amma prosesə Avropa İttifaqı, Yaponiya, Hindistan, Sinqapur, Tayvan və s. güclü iqtisadiyyatı olan ölkələri də qoşmağa çalışırlar. Hətta, bu barədə dünyanın ikinci iqtisadiyyatı olan Çinlə də danışırlar. Əldə olunan nəticələr yaxşıdır, Rusiya üçün misli görünməmiş məhdudiyyətlər tətbiq edəcəklər, amma məhvedici bir neçə addım hələ də atılmır. Çünki Almaniya və İtaliya kimi Rusiyadan enerji asılılığı olan ölkələr risk almaq istəmirlər.
Qərbdə Rusiya qorxusu təkcə iqtisadi asılılıqla bağlı deyil. Putin hakimiyyətinin Ukraynaya qarşı təcavüzü haqqında detallı informasiya açıqlayan kəşfiyyatlar şübhəsiz ki, heç də hər şeyi dünya ictimaiyyətinə deməyiblər. Məsələn, Rusiyanın Ukraynaya açıq hərbi dəstək verəcək ölkələrə qarşı hansı planı var? NATO müharibəyə qoşulsa, Kremlin seçənəyi nədən ibarət olacaq? Əlbəttə, Putinin bu barədə hazır ssenariləri olmamış deyil, Ukraynaya hücumun saatını dəqiq bilən Qərb kəşfiyyatları bundan da xəbərdardır. V.Putin hücumdan bir neçə saat əvvəl xalqa müraciətində Ukraynaya dəstək verən ölkləri ən sərt zərbələrlə hədələmişdi. Bu hədələrin arxasında kütləvi qırğın silahlarının tətbiqi də varmı? XXI əsrdə suveren ölkənin paytaxtına qoşun yeridib qanuni hakimiyyətini devirməyə çalışan bir zehniyyət bu addımı ata bilər. Bəlkə də Qərbi Ukraynaya birbaşa hərbi dəstəkdən çəkindirən bu amildir, əldə olunmuş dəqiq kəşfiyyat məlumatlarıdır. Rusiyanın Avropanın hansısa bir ölkəsinə nüvə zərbəsi endirməsi qlobal fəlakətə gətirib çıxarar. Yüz minlərlə ölüm, dağılmış şəhərlər, radiaktiv zəhərlənmiş ekologiya, məhv olmuş iqtisadiyyatlar, milyonlarla qaçqın... Bunu təsəvvür etməyin özü belə qorxuncdur, amma nə yazıq ki, bəşəriyyətə bunu tərəddüd etmədən yaşadacaq zehniyyət var! Bunun qarşılığı təbii ki, adekvat nüvə zərbəsidir, o zaman nə olacaq? Nəzərə alsaq ki, hazırkı kütləvi qırğın silahları 77 il əvvəl Yaponiyaya qarşı tətbiq olunmuş atom bombalardan min dəfələrlə daha dağıdıcıdır, o zaman fəlakətin miqyasını təsəvvür etmək olar. Rusiya da dağılacaq, yanacaq, milyonlarla insan öləcək, amma bu Putin və ətrafının vecinə deyil. Qərbin isə belə ssenariləri gözardı etmək, məsuliyyətsiz davranmaq lüksü yoxdur.
Bəli, Putin avantürasını ram etmək, nəhayət, bəşəriyyətin canını bu təhlükədən birdəfəlik qurtarmaq vacibdir. Amma bunun yolu müharibə deyil, bu gün Qərbin əl atdığı ağır sanksiyalardır. Bu məhdudiyyətlər avantüraları yenmək üçün ən yaxşı silahdır. Bu silah Rusiya şəhərlərində Ukraynaya qarşı təcavüzə etiraz edərək küçələrə çıxan minləri, sabah milyonlara çevirə bilər...
Ukraynaya qarşı müharibənin ən piss ssenariləri belə Rusiya hakimiyyətinə heç bir uğur vəd etmir. Tutaq ki, Kiyevi tutdular, Zelenskini də öldürdülər, 50 milyonluq bir xalqı əsarət altına alıb, oyuncaq rejimlərlə idarə etmək mümkün olacaqmı? Bu qədər sanksiyalar altında, milyonlarla insanın nifrəti qarşısında imperatorluq qurmaq mümkün deyil. Rusiya hakimiyyəti bu avantüraya əl atmaqla öz faciəli sonluğuna imza atıb. Çox çəkməz, biz onu görəcəyik...
"AzPolitika.info"
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar