Xəbər lenti
Dünən, 23:00
Dünən, 17:52
Dünən, 15:34
Dünən, 14:44
Dünən, 13:25
Dünən, 09:18
29-01-2025, 23:30
29-01-2025, 22:35
29-01-2025, 22:00
29-01-2025, 20:15
29-01-2025, 20:00
29-01-2025, 18:50
29-01-2025, 17:29
29-01-2025, 16:46
29-01-2025, 15:56
"Ukraynaya hücum qərarı Vladimir Putinin reallıq hissi barədə suallar doğurur".
"AzPolitika.info" xəbər verir ki, Britaniyada nəşr olunan "Guardian" qəzetində dərc olunmuş məqalədə belə yazılır. Qəzet bildirir ki, Rusiya Prezidentinin Avropanın mərkəzində fəlakətli müharibə başlatmaq qərarı və son vaxtlar ictimai çıxışlarının qeyri-adiliyi 6000 nüvə başlığına malik bir ölkənin liderinin psixi stabilliyinə dair Qərbdə suallar yaradıb.
Koronavirusdan qorunmayla bağlı tədbirlər nəticəsində qapalılığa meyli artmış 69 yaşlı Rusiya Prezidenti müasir dünyadan getdikcə daha çox uzaqlaşaraq tarixi dərindən öyrənməyə və görkəmli şəxsiyyət olmaq istəyini böyütməyə üstünlük verir. Bunun sübutu kimi qəzet Putini çoxdan tanıyan Fransa Prezidenti Emmanuel Makronun sözlərini misal çəkir.
2017-ci ilin yayında Makron elektrikli kiçik qolf arabasında onu Versal Sarayının bağlarında gəzdirib, növbəti ilin yayında isə Aralıq dənizi sahilindəki iqamətgahında qarşılayıb. Putin ora helikopterdə və gül dəstəsiylə gəlib, Makronun və xanımının gündən qaralmış dərilərini tərifləyib.
Rusiya lideriylə Moskvada - dörd metrlik masanın əks uclarında keçmiş beş saatlıq görüşdən sonra Makron jurnalistlərə gərginlik hiss olunduğunu deyib. Fransa Prezidentinin sözlərinə görə, Putin onun 2019-cu ilin dekabrında Yelisey sarayında görüşdüyü adamdan fərqlənib. "Düşünürəm ki, bu adam, yumşaq desək, reallıq hissini itirir" - bunu isə Avropa Parlamentinin üzvü Bernard Guetta hərbi müdaxilə başlayandan sonra "France Inter" radiosuna belə deyib.
Jurnalistin "Belə demək olarmı ki, siz Putinin artıq ağlını itirdiyini düşünürsünüz" sualına Guetta, "Bəli" deyə cavab verib. Guetta tək deyil. Çexiya Prezidenti - uzun müddət Vladimir Putinin ən sadiq tərəfdarlarından biri olmuş Miloş Zeman da hücumdan sonra Putini dəli adlandırıb. "Rusiyanı müşahidə edən mütəxəssislərimiz hesab edirlər ki, Putin getdikcə daha çox despotik düşüncəyə yuvarlanır" - digər avropalı deputat belə deyir.
Amerika Alimləri Federasiyasının hesablamalarına görə, Rusiyanın 5977 ədəd nüvə başlığı var - bu sahədə əsas rəqibi olan ABŞ-dakından daha çox. Putin bu nəhəng arsenaldan tez-tez bəhs edir. O, Donbasda hərbi əməliyyatın başlaması haqda danışarkən də bu mövzuya toxunub. Qəzetə müsahibə verən ekspertlər həmin silahların başqalarının hərəkətlərini yanlış şərh edə biləcək insanlara çox yaxın olmasından narahatlıqlarını ifadə ediblər.
ABŞ Prezidenti kimi, nüvə silahını hərəkətə gətirəcək kodu olan bir nüvə portfelinə Rusiya Prezidentinin də çıxışı var. Amma təkcə bir nəfərin düyməni basması kifayət deyil - bu, müdafiə nazirinin və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin iştirakı və razılığıyla edilə bilər. Amma bu məsələdə kiminsə Putinə mane ola biləcəyi artıq şübhə doğurur.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər