Xəbər lenti

ABŞ prezidenti Co Bayden hesab edir ki, Vaşinqtonun Moskvaya qarşı tətbiq etdiyi sərt sanksiyalara alternativ Üçüncü dünya müharibəsi olardı.

“Report” xəbər verir ki, bu barədə Amerika lideri bloqqer Brayan Koenə müsahibəsində deyib.

“Baxın, iki variant var idi: Üçüncü dünya müharibəsinə və Rusiya ilə fiziki müharibəyə başlamaq və ya ikinci variant: əmin olun ki, beynəlxalq hüquqa bu qədər zidd hərəkət edən ölkə etdiklərinin əvəzini ödəyəcək”, Amerika lideri bildirib.

Onun sözlərinə görə, sanksiyalar dərhal nəticə verməyəcək:

“Dərhal nəticə verəcək bir sanksiyalar yoxdur. Elə bir şey yoxdur ki, sən kiməsə sanksiya tətbiq edəsən və daha Rusiyanın prezidenti ola bilməyəcəyini söyləyəsən. Amma mən hesab edirəm ki, bu sanksiyalar tarixdə ən böyük iqtisadi və siyasi sanksiyalardır”.



Ana səhifəyə qayıt        Baxış: 3 731          Tarix: 26-02-2022, 23:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma