Xəbər lenti

NATO Rusiya ilə üçüncü dünya müharibəsinə gətirib çıxara biləcək birbaşa hərbi qarşıdurmadan qaçmalıdır. APA xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts "Der Spiegel"ə müsahibəsində deyib.

Müsahibədə jurnalist Kansler Şoltsdan niyə Ukraynaya göndəriləcək tankların nüvə müharibəsinə səbəb ola biləcəyini düşündüyünü soruşub. Almaniya kansleri isə cavabında onun ölkəsinin Ukrayna-Rusiya müharibəsində tərəf kimi qəbul olunacağı ilə bağlı hər hansı qaydanın olmadığını və ona görə də Almaniyanın Ukraynaya hərbi yardım məsələsində diqqətlə davranmalı olduğunu bildirib.

"Ona görə də hər addımı çox diqqətlə nəzərdən keçirməyimiz və bir-birimizlə kordinasiyalı şəkildə işləməyimiz çox vacibdir. NATO-ya qarşı yönəlmiş gərginliyin qarşısını almaq mənim üçün əsas prioritetdir. Ona görə də mən sorğulara fokuslanmıram və ya səs-küylü zənglərdən qıcıqlanmamağa çalışıram. Bir səhvin nəticələri dramatik ola bilər. Üçüncü dünya müharibəsinə gətirib çıxaran eskalasiyanın qarşısını almaq üçün hər şeyi edirəm. Nüvə müharibəsi olmamalıdır", Olaf Şolts vurğulayıb.



Ana səhifəyə qayıt        Baxış: 3 439          Tarix: 22-04-2022, 15:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma