Xəbər lenti
Bu gün, 14:20
Bu gün, 12:00
Bu gün, 10:26
Bu gün, 09:54
Dünən, 21:45
Dünən, 21:00
Dünən, 19:41
Dünən, 18:46
Dünən, 09:08
30-01-2025, 23:19
30-01-2025, 23:00
30-01-2025, 21:16
30-01-2025, 20:50
30-01-2025, 19:24
Ukraynaya hərbi təcavüzdən bu yana Rusiya qədər nüvə silahının tətbiqindən danışılan ikinci dövlət yoxdur. Yüksək ranqlı rəsmilər, daha doğrusu, hərbi-sənaye kompleksindəki və hakimiyyətdəki qırğılar “rus silahının gücü”nə şəkk edənləri atom bombası ilə hədələmək üçün sanki növbəyə düzülüblər. Demək ki, Ukraynada işlər yaxşı getmir, vəziyyət ruscadır. Yoxsa son çarəyə əl atmazdılar.
V.Putinin ardınca Rusiyanın ali yetkililəri az qala, hər gün məsuliyyətsizcəsinə nüvə silahından söz açırlar. NATO-nu, Qərbi, əslində isə sizli-bizli bütün bəşəriyyəti hədələyirlər. Çünki aydındır ki, nüvə müharibəsi Yeri dərhal öz məhvərindən çıxara, planetdə həyata son qoya bilər.
“Biz NATO ölkələrini yarım saata nüvə zərbəsi ilə məhv edərik. Lakin buna imkan verməməliyik, çünki qarşılıqlı nüvə zərbələrinin nəticələrini bütün Yer kürəsi hiss edəcək”.
Ukrayna ilə deyil, guya NATO ilə vuruşduqlarına işarə edən Roqozinin sözlərinə görə, Rusiyanın adi silahlarla “iqtisadi və hərbi baxımdan daha güclü düşməni” məğlub eləməsi yalnız o halda mümkün olacaq ki, bütün ölkə ordu ilə həmrəyliyini nümayiş etdirsin, iqtisadiyyat səfərbər olunsun, hərbi sənaye kompleksi və onunla əlaqəli sənaye sahələri müharibə relslərinə keçirilsin. “Və bunu dərhal və tez eləmək lazımdır”, - “Roskosmos” rəhbəri həyəcanla vurğulayıb.
Roqozin amerikalı sahibkar, “SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Maskı da hədələyib. O, dünyanın ən varlı adamına “Ukrayna qüvvələrini hərbi rabitə ilə təmin etdiyinə görə cavab verməli olacaq” şəklində xəbərdarlıq edib. Onu da deyib ki, bu işlərdə Pentaqonun da əli var (Amerikalı milyarder “Starlink” peykləri vasitəsilə Ukrayna silahlı qüvvələrini pulsuz internetlə təmin edir).Bəs nə bilmişdiz, siz dünyanı hədələyirkən dünya sizin XXI əsrdə törətdiyiniz vəhşiliklərə, hədələrinizə seyrçimi qalmalıdır?..
Belə isterika əslində Rusiyanın Ukraynada öz hərbi məğlubiyyətinin “qoxusunu” hiss elədiyinin, başını itirdiyinin təzahürüdür. Məğlubiyyət isə qaçılmazdır. Çünki Rusiya deyəsən Faşist Almaniyası ilə öz müstəqilliyi və ərazi bütövlüyü uğrunda işğalçılara qarşı ölüm-dirim savaşı aparan Ukraynanı doğrudan da səhv salıb. Odur ki, Kremli heç bir “demoqrafik və iqtisadi səfərbərlik”, “ordu ilə xalqın həmrəyliyi”, “hərbi sənaye kompleksi və onunla əlaqəli sənaye sahələrinin müharibə relslərinə keçirilməsi” xilas edə bilməz.
Zahid SƏFƏROĞLU
Musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər