Xəbər lenti

“Bütün dünya ölkələri Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsində taktiki nüvə silahından istifadə edə biləcəyinə hazır olmalıdır”.

APA xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib. Zelenski qeyd edib ki, Putin Ukrayna xalqının həyatına dəyər vermədiyi üçün nüvə və ya kimyəvi silahdan istifadə edə bilər.

“Tək mən yox, bütün dünya, bütün ölkələr kimyəvi silahın istifadəsindən narahat olmalıdır. Bu, real məlumat olmaya bilər, amma doğru da ola bilər. Onlar üçün xalqın həyatı heç nədir. Düşünmək lazımdır, qorxmaq yox, hazır olmaq lazımdır”, - deyə Zelenski bildirib.



Ana səhifəyə qayıt        Baxış: 3 056          Tarix: 15-04-2022, 22:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma