Xəbər lenti

Rusiya-Ukrayna münaqişəsinin davam etdiyi bir vaxtda Çin və Tayvan arasında gərginliyin kəskinləşməsi dünyada “ikiqat müharibə” qorxusu yaradıb. ABŞ-ın müdaxiləsi və təlim blokadası nəticəsində qırılma nöqtəsinə gələn iplər bəşəriyyəti yeni bir dəhşətə sürükləyir...

Çin təyyarələri və gəmiləri Tayvanın ərazi suları üzərində simulyasiya edilmiş hücum təlimləri həyata keçirir.

Musavat.com xəbər verir ki, rəsmi Pekin bir neçə gün əvvəl təlimləri sürətləndirəcəyini açıqlayıb və Tayvanı hər tərəfdən blokadaya almaq üçün hərəkətə keçib.

Tayvan Müdafiə Nazirliyinin məlumatına görə, bu gün Çin təyyarələri və gəmiləri tərəfindən Tayvan adası istiqamətində simulyasiya edilmiş hücum təlimləri keçirilib. Buna cavab olaraq Tayvan ordusunun döyüş gəmiləri və quru raketlərindən istifadə etdiyi açıqlanıb.

Bu gün səhər saatlarında çox sayda Çin təyyarəsi və gəmisinin Tayvan boğazındakı orta xətti keçməsi müşahidə edilib.

ÜÇ ÖLKƏDƏN ÇİNƏ ÇAĞIRIŞ

Pik nöqtəyə çatan gərginliyin qarşısını almaq, yeni müharibə riskini azaltmaq məqsədilə ABŞ, Avstraliya və Yaponiya Çini Tayvan ətrafında keçirdiyi hərbi təlimləri dayandırmağa çağırır.

ABŞ Çinin ən böyük düşməni və Tayvanın ən böyük dəstəkçisi olsa da, Avstraliya və Yaponiya kimi ölkələr Sakit okeanda müharibənin törədə biləcəyi fəsadlardan qurtulmaq üçün ABŞ-ın tərəfindən çıxış edirlər.

Digər tərəfdən, Çin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra ABŞ ilə müxtəlif məsələlərdə əməkdaşlığı dayandırdığını açıqlayıb.

ÇİN BÜTÜN DÜNYANI CƏZALANDIRIR

Dünyanın iki ən böyük iqtisadiyyatı arasında münasibətlər ABŞ Nümayəndələr Palatasının spikerinin Tayvana səfərindən sonra daha da qeyri-müəyyənliyə düçar olub. Çin iqlim böhranı ilə bağlı danışıqlardan tutmuş ordular arasındakı dialoqa qədər bir sıra kritik məsələlərdə ABŞ ilə münasibətləri dayandırıb.

İki gündür Tayvan adasını əhatə edən genişmiqyaslı hərbi təlimlər keçirən Çin əks-tədbirlər elan edərək Nensi Pelosiyə və birbaşa ABŞ-a qarşı sanksiyalar tətbiq edib.

Bunlardan ən diqqətçəkəni iqlim sazişinə son qoyulmasıdır. Rəsmi Pekinin ABŞ ilə iqlim danışıqlarını dayandırması bütün dünyanın cəzalandırılması kimi şərh olunur.




Ana səhifəyə qayıt        Baxış: 2 943          Tarix: 6-08-2022, 12:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma