Xəbər lenti

İranın paytaxtı Tehranda səfərdə olan Baş prokuror Kamran Əliyev İranın Baş prokuroru Məhəmməd Cəfər Montazerinin daha öncə baş tutmuş erməni həmkarı ilə görüşünü şərh edib.

“Report” xəbər verir ki, bu barədə Kamran Əliyev Tehranda M.C.Montazeri ilə danışıqlar zamanı danışıb.

“Ekoloji məsələlərlə bağlı dediniz ki, erməni həmkarınızla görüşmüsünüz, amma Araz bölgəsində onların nə qədər dürüst olduqlarını bilmirəm, çünki onların çaya sənaye tullantıları atdıqları barədə xəbərimiz var”, - Baş prokuror vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 068          Tarix: 30-08-2022, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma