Xəbər lenti

“Qərb analitikləri Rusiyanın dağılmasını istəyir”.

Konkret.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bildirib.

Onun sözlərinə görə, xarici analitiklər bütün imperiyaların məhv olmasının qaçılmazlığından yazırlar:

“Bu yolla Qərb Rusiyanı siyasi meydandan çıxarmaq niyyətindədir. Aydındır ki, bütün bunlar dövlətimizin dağılması haqda gizli düşüncəyə sahib olan anqlo-saksların çirkin xəyallarıdır”, – deyə Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib.

Medvedyev bildirib ki, bu cəhdlər təhlükəlidir və onları qiymətləndirməmək olmaz.

Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyev bildirib ki, Qərbin uzunmüddətli məqsədi MDB-nin müxalif ölkələrə çevrilməsidir.




Ana səhifəyə qayıt        Baxış: 3 312          Tarix: 3-09-2022, 17:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma