Xəbər lenti

“Rusiya biznesinin Ermənistan və Avrasiya İqtisadi İttifaqının digər ölkələrinə köçməsinə normal münasibət bəsləyirəm”.

Modern.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda çıxışı zamanı deyib.

Putin qeyd edib ki, əgər onlara orada işləmək rahatdırsa, getmələri normaldır: "Bəziləri İrəvanı deyil, Bakını seçirlər. Qazaxıstanda da çox yaxşı maliyyə zonası yaradılıb. Adətən İT sahəsi ilə bağlı biznes nümayəndələri ölkədən gedirlər”.

Prezident onu da qeyd edib ki, Rusiya biznesinin xeyrinə olan hər bir şeyi alqışlayır:

"İrəvanda işləyib, faktiki olaraq Moskvada yaşamaq olar, buna heç nə mane olmur. Gedənlərin bir çoxu artıq geri qayıdıb, onlar başa düşüblər ki, burada qorxulu heç nə baş vermir, hər şey sabitdir. Kiməsə Ermənistanda işləmək xoşdursa, buyursun, getsin".




Ana səhifəyə qayıt        Baxış: 4 558          Tarix: 7-09-2022, 19:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma