Xəbər lenti

Türkiyə Xarici İşlər Nazirliyi Ukraynanın bəzi bölgələrinin Rusiya tərəfindən ilhaqı ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada qeyd edilir:

“Beynəlxalq hüququn müəyyən edilmiş prinsiplərinin kobud şəkildə pozulması olan bu qərarın bizim tərəfimizdən qəbul edilməsi mümkün deyil. Biz getdikcə miqyası daha da genişlənən müharibənin danışıqlar yolu ilə ədalətli sülh əsasında həllini dəstəklədiyimizi bir daha bildiririk”.

Qeyd edək ki, Rusiya Krımdan sonra Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini ilhaq edib və Ukraynanın təxminən 15 faizini öz ərazisinə birləşdirib.

Mənbə: Anadolu




Ana səhifəyə qayıt        Baxış: 3 148          Tarix: 1-10-2022, 14:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma