Xəbər lenti

ABŞ hərbçilərindən ibarət nümayəndə heyəti Qırğızıstanın Tacikistanla sərhədyanı ərazisində yerləşən Batken vilayətindədir.

“Report” “kloop.kg”ya istinadən xəbər verir ki, bu barədə oktyabrın 20-də Qırğızıstan parlamentinin iclasında deputat Adaxan Madumarov bildirib.

Onun sözlərinə görə, Qırğız Respublikası müdafiə nazirinin müavini amerikalı nümayəndə heyətini qarşılayıb.

Xatırladaq ki, Qırğızıstan Tacikistanla sərhədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kontingentinin yerləşdirilməsini təklif edib.




Ana səhifəyə qayıt        Baxış: 2 373          Tarix: 20-10-2022, 10:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma