Xəbər lenti

Rusiyalı hərbi ekspert İqor Korotçenko İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan rəhbərliyinin hərəkətlərini "savadlı, aydın və strateji nöqteyi-nəzərdən planlaşdırılmış" adlandırıb.

Musavat.com xəbər verir ki, ekspert bu barədə özünün teleqram kanalında yazıb.

"Azərbaycan Silahlı Qüvvələrinin "Dəmir yumruq" əks-hücum əməliyyatının nə dərəcədə hərtərəfli, savadlı, dəqiq və strateji nöqteyi-nəzərdən düzgün planlaşdırılmasından bir daha əmin oluram. 44 gün - vəssalam! Paşinyan vaxtında kapitulyasiya etməsəydi, Ermənistan tam fəlakətə sürüklənəcəkdi", - deyə İ.Korotçenko qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 3 164          Tarix: 29-10-2022, 22:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma