Xəbər lenti

“Rusiya və ABŞ Polşadakı raket insidenti fonunda eskalasiyadan qaça bildilər”.

Azpost.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

Nəşr qeyd edir ki, raketin partlaması Rusiya ilə NATO arasında toqquşmaya səbəb ola bilərdi, lakin tərəflər dönüş etməyə nail olublar.

Yazı müəlliflərinin fikrincə, raket böyük ehtimalla, Ukraynanın hava hücumundan müdafiə sistemi tərəfindən buraxılıb.

O da qeyd edilir ki, Rusiya və NATO döyüşlərin Ukraynanın qərbindəki ərazilərə yayılmasını istəmir.




Ana səhifəyə qayıt        Baxış: 2 530          Tarix: 17-11-2022, 16:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma