Xəbər lenti

“Biz təkcə türkdilli dövlətləri deyil, bütün türk dünyasını əhatə edən tədbirlər planı hazırlamışıq. Rəhbərliyim müddətində TÜRKSOY-un (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) mədəniyyət siyasətini ən faydalı şəkildə icra etməyi nəzərdə tutmuşam”.

Bu fikirləri “Report”un Ankara Bürosuna açıqlamasında Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev deyib.

Sultan Rayev onu da qeyd edib ki, TÜRKSOY rəhbəri olaraq bütün Türk dünyasını, türk ölkələrini əhatə edən bir illik tədbirin hazırlanması üçün müzakirələr aparılıb:

“Fevralda Türkiyədəki türk dövlətlərinin diplomatik nümayəndələrinin və media mənsublarının iştirakı ilə biz 200-dək tədbirlər planımızı təqdim edəcəyik”.




Ana səhifəyə qayıt        Baxış: 2 823          Tarix: 23-01-2023, 13:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma