Xəbər lenti

Çeçenistan lideri Ramzan Kadırov köməkçisi, 2-ci Ordu Korpusunun komandirinin müavini Aptı Alaudinovun zəhərləndiyini bildirib.

Azpost.info xəbər verir ki, Kadırovun dediyinə görə, Alaudinova gələn məktubun zərfi zəhərli maddə ilə isladılıb.

“Zərf zəhərli maddə ilə isladılıb. O, bunu zərfdən gələn spesifik qoxu ilə başa düşüb və vaxtında tədbir görərək əllərini təmizləyib və burun boşluğunu yuyub. Hazırda onun həyatı üçün təhlükə yoxdur. Zərflə təmasda olan digər şəxslər də bunu ediblər”, – Kadırov bildirib.

O, zərərçəkmişlərin xəstəxanaya yerləşdirildiyini, onlara lazımi köməklik göstərildiyini açıqlayıb: “Hazırda zəhərlənənlər Moskva klinikalarından birindədir . Sui-qəsd cəhdi, bu işdə əli olanların kimliyi ilə bağlı araşdırma aparılır. Artıq nəticələrimiz var”.




Ana səhifəyə qayıt        Baxış: 3 583          Tarix: 13-02-2023, 12:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma