Xəbər lenti

“Azərbaycan əhalisinin Xankəndi, Xocalı və rus sülhməramlıların nəzarətində olan digər ərazilərə qaytarılması üçün əsas şərt Ermənistan hərbi birləşmələrinin və Qarabağ ərazisindəki separatçı silahlıların dərhal ərazidən çıxarılmasıdır”.

Bu sözləri Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı siyasi analitik İqor Korotçenko “Vestnik Kavkaz”a açıqlamasında deyib.

İ.Korotçenko vurğulayıb ki, Azərbaycan hakimiyyətinin sakinləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonaya qaytarmaq hüququ var:

“Bura Azərbaycanın ərazisidir. Qarabağ münaqişəsi başa çatıb, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Necə ki, azərbaycanlı əhali, məsələn, əvvəllər Ermənistanın işğalı altında olan Ağalı və Talış kəndlərinə qayıdır, bu proses Qarabağın Rusiyanın sülhməramlı kontingentinin olduğu hissəsində də aparılacaq. Bu, Qarabağda erməni qeyri-qanuni silahlı birləşmələrinə görə bu gün baş vermir, amma proses üzərində işləmək lazımdır”. (Gundem.az)




Ana səhifəyə qayıt        Baxış: 3 221          Tarix: 19-03-2023, 16:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma