Xəbər lenti

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 44 günlük Vətən müharibəsindən sonrakı tarixlərdə Novruz bayramlarını xüsusi qayda ilə qeyd edir. Ali Baş Komandan azad edilmiş ərazilərdə Novruz tonqalını alovlandırır.

Qeyd edək ki, Prezident Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdəki ilk Novruz tonqalını 2021-ci ilin 20 mart tarixində Şuşada, Cıdır düzündə alovlandırıb.

2022-ci ilin martın 20-də Prezident Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsində Novruz tonqalını alovlandırıb.

2023-cü ildə də eyni ənənə davam etdirilib, Prezident bu dəfə Tərtər rayonunun Talış kəndində Novruz tonqalı ətrafında xalqı təbrik edib və müraciət ünvanlayıb.

Suqovuşan və Talış strateji təyinatlı istiqamətlərdir və 44 günlük Vətən müharibəsində onların işğaldan azad edilməsi döyüşlərin sonrakı gedişatına mühüm təsir edib.

Suqovuşan və Talış istiqamətlərindəki döyüşlər, Şuşanın azad olunması əməliyyatı hərbi dərsliklərdə öyrənilir.

Həmin döyüşlər Vətən müharibəsinin taleyini həll edən şəkilləndirmə olub.

Prezident İlham Əliyev səfərləri zamanı həm o döyüşləri simvollaşdırır, həm də Ermənistanda baş qaldıran revanşist qüvvələrə xəbərdar edir.

İlham Əliyev Talışa səfəri zamanı da eyni məzmunda xəbərdarlıq ünvanlayıb.

SİTAT: “Əfsuslar olsun ki, bu gün İkinci Qarabağ müharibəsinin ibrət dərsi Ermənistana hələ ki, dərs olmayıb. Çünki biz görürük ki, Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Ermənistanda yenə də Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qaldırılır. Biz Ermənistan rəhbərliyini bu çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik. Ermənistanın arxasında dayanan bəzi ölkələri də bax, buradan – azad edilmiş Talış kəndindən xəbərdar edirik ki, əl çəkin bu çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz”Göründüyü kimi Prezident Vətən müharibəsinin nəticələri ilə barışmaq istəməyən qüvvələrin məkrindən xəbər verir.  

Ancaq Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərə qayıdış planını icra etməklə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur yaradır.

Bu gün Qarabağ və Şərqi Zəngəzur əraziləri tikinti, quruculuq və abadlıq meydanına çevrilib.

Böyük Qayıdış başlayıb, Zəngilanın Ağalı sakinləri artıq doğma yurd yerlərinə köçüb, indi Talış sakinlərinin qayıdışı başlayıb, yaxın aylarda Laçın sakinləri də bu sevinci yaşayacaq.

Beləliklə, Qarabağa və Şərqi Zəngəzura həyat qayıdır.

Zəngəzur dəhlizinin Azərbaycana düşən hissəsində də işlər sürətlə görülür, dəmir yolu xətti və avtomobil yolu salınır.

Bu proseslər Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli, müasir, müstəqil Azərbaycanın həyata keçirdiyi mühüm planların, böyük hədəflərin tərkib hissəsidir.

Oxu.az

Aqil Vəlili.




Ana səhifəyə qayıt        Baxış: 3 473          Tarix: 20-03-2023, 11:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma