Xəbər lenti

Türkiyədə seçki üçün geri sayım başlayıb.

Musavat.com xəbər verir ki, Yaponiyanın "Nikkei Asia" qəzeti Türkiyədə keçiriləcək prezident seçkiləri ilə bağlı diqqətçəkən təhlil dərc edib. 

Qəzet Türkiyəyə sərmayə qoymağa hazırlaşan şirkətlərin adlarını açıqlayıb.

“Türkiyə seçkiləri xarici sərmayəçilərin marağını təzələdi. Xarici sərmayədar qrupları Türkiyəyə səfər edir və həm hazırkı rəhbərlik, həm də müxalifət rəsmiləri ilə görüşmək üçün danışıqlar aparır” - "Nikkei Asia" yazıb.

Bildirilir ki, İspan bankı BBVA da bu həftə Türkiyədə danışıqlar aparacaq. BBVA-nın təşkil edəcəyi ziyarətə qatılacaq müştərilərin 1,5 trilyon dollarlıq istiqraz aktivləri var.

Yaponiya qəzeti Fransanın bank qrupu BNP Paribas-ın da oxşar addımlar atdığını yazıb.

"Nikkei Asia"nın xəbərində ekspert şərhlərinə də yer verilib. Qəzetə danışan BlueBay Asset Management strateqi Tim Ash deyib: "Demək olar ki, hər gün Türkiyə toplantısına dəvət alıram. Analitik və sorğuçılarla çox sayda səfər var”.

Yapon qəzeti seçkinin nəticəsini proqnozlaşdırmaq üçün hələ tez olduğunu vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 2 979          Tarix: 30-03-2023, 15:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma