Xəbər lenti

Ermənistan parlamenti Cinayət Məcəlləsinə suverenliyin inkarına və ya məhdudlaşdırılmasına yönəlmiş zorakılıq hərəkətlərinə görə real həbs müddətini nəzərdə tutan düzəlişləri ikinci və sonuncu oxunuşda qəbul edib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, layihənin qəbulunun lehinə 59 deputat səs verib, 31 deputat bitərəf qalıb.

Ermənistanın Cinayət Məcəlləsinə dəyişikliklər layihəsini dünən ədliyyə nazirinin müavini Levon Balyan təqdim edib. Onun sözlərinə görə, mövcud məcəllədə yalnız konstitusiya quruluşunu devirməyə və zorakılığa çağırışa görə cinayət məsuliyyəti müəyyən edilib.

Güc tətbiq etmək və ya güc tətbiq etmək hədəsi ilə Ermənistanın suverenliyindən zorla imtinaya, qismən və ya tam məhdudlaşdırmağa yönəlmiş hərəkətlər cinayət məsuliyyətinə cəlb ediləcək.

Cəza 10-15 il, həmçinin ictimai çağırışlar üçün - cərimədən 3 illik həbsə qədər olacaq.

Bundan əvvəl Ermənistanın ədliyyə naziri Qriqor Minasyan bəyan edib ki, beynəlxalq sənədlərdə, xüsusən də Avropa İnsan Haqları Məhkəməsinin yurisprudensiyasında dövlət təhlükəsizliyinin qorunması kontekstində söz azadlığı hüququnun məhdudlaşdırılmasına istinadlar var. Minasyanın sözlərinə görə, belə bir məhdudiyyət "qanuni və legitimdir”.




Ana səhifəyə qayıt        Baxış: 3 547          Tarix: 3-05-2023, 11:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma