Xəbər lenti

“ABŞ və Çin arasındakı gərginlik hərbi münaqişəyə çevrilə bilər”.

Bunu ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincer deyib.

O, Çinin malik olduğu gücü nəzərə alaraq, ABŞ-ni təhlükəli potensial rəqibi hesab etdiyini bildirib.

“Düşünürəm ki, bu, münaqişəyə çevrilə bilər. Bizim qlobal tarixi baxışları olan, lakin bir-biri ilə rəqabət aparan fərqli mədəniyyətlərə malik iki cəmiyyətimiz var”, - deyə Kissincer bildirib.

Keçmiş dövlət katibi münaqişəyə Cənubi Çin dənizindəki “problem”in səbəb ola biləcəyi fikrini bildirib.

“İstərdim anlayım, biz bunu açıq dənizlərin azadlığı prinsipi əsasında həll etmək yollarını tapa bilərikmi? Biz bunu edə bilməsək, toqquşmaların qarşısını almaq mümkün deyil”, - deyə Kissincer vurğulayıb.

Eyni zamanda, o qeyd edib ki, ABŞ və Çin arasında mövcud silahları nəzərə alsaq, mümkün münaqişə “sivilizasiyanın məhvi” təhlükəsi yarada bilər.

“İndi ən vacib məsələ iki lider arasında dialoq olardı. Bu dialoqda onlar dünyada ən təhlükəli vasitələrə sahib olduqları ilə razılaşmalı və öz siyasətlərini onların istifadəsi ilə hərbi münaqişə (ehtimalını) azaltma yönündə aparmalıdırlar”, - deyə Kissincer vurğulayıb.

Mənbə: The Wall Street Journal




Ana səhifəyə qayıt        Baxış: 3 140          Tarix: 27-05-2023, 13:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma