Xəbər lenti

Tərtər rayonu ərazisində yerləşən qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələri növbəti dəfə döyüş  pilotsuz uçuş aparatından istifadə ediblər.
Ovqat.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, düşmənin kustar üsulla hazırladığı yandırıcı-partlayıcı vasitə və metal  elementlərlə doldurulmuş qurğunun bölmələrimizin mövqelərinə atılması nəticəsində hərbi qulluqçumuz əsgər Babakişiyev Muraz Kamal oğlu yüngül bədən xəsarətləri alıb.
Hazırda hospitala yerləşdirilən əsgər M.Babakişiyevin həyatı üçün heç bir təhlükə yoxdur.
Təxribatın qarşısının alınması məqsədilə tədbirlər görülür.



Ana səhifəyə qayıt        Baxış: 644          Tarix: 25-07-2017, 16:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma