Xəbər lenti

Ermənistan Arazdəyəndə inşa edilən metallurgiya zavoduna ABŞ bayrağı asmaq istəyir: hesab edirlər ki, zavodda ABŞ bayrağı asılarsa, “Azərbaycan atəş açmaqdan çəkinəcək”.

Axar.az xəbər verir ki, bu barədə siyasi müşahidəçi Asif Nərimanlı qeyd edib.

O bildirib ki, İrəvan bununla bağlı ABŞ-ın Ermənistandakı səfirliyi ilə müzakirələr aparıb, razılıq əldə olunub:

“Ermənistan ABŞ-dan olan investisiya ilə metallurgiya zavodunu Arazdəyəndə inşa etməklə Kərki kəndinin hərbi yolla azad edilməsi perspektivi önündə “qalxan” qazanmağı planlaşdırır. ABŞ bayrağını zavoda gətirmək istəkləri bu niyyətlərinin ispatı hesab edilə bilər”.




Ana səhifəyə qayıt        Baxış: 4 119          Tarix: 18-06-2023, 11:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma