Xəbər lenti

Nüfuzlu Global Finance reytinq agentliyi Özbəkistanı sülhsevər xalqların hərtərəfli təhlilinə görə 163 ölkə arasında 87-ci yerdə qərarlaşdırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Özbəkistan əvvəlki illə müqayisədə bir mövqe itirərək cüzi geriləmə yaşasa da, regional həmkarlarını üstələməkdə davam edir. Qırğızıstan 91-ci, Tacikistan və Qazaxıstan isə müvafiq olaraq 92-ci və 97-ci yerləri tutaraq geridə qalır. Özünü dünyaya "neytral ölkə" kimi təqdim edən Türkmənistan isə 103-cü yerdədir.

Sülhsevərlik reytinqinin ilk pilləsində şəksiz lider İslandiyadır, onun ardınca Yeni Zelandiya və İrlandiya gəlir. Danimarka, Avstriya, Portuqaliya, Sloveniya, Çexiya, Sinqapur və Yaponiya sosial təhlükəsizliyin və beynəlxalq sabitliyin möhkəmləndirilməsinə sadiq olduqlarını nümayiş etdirərək siyahını tamamlayırlar.

Qeyri-sülhsevər, münaqişə içində olan ölkələrə isə Cənubi Sudan, Rusiya, Suriya, Yəmən və Əfqanıstan daxildir. Onların hamısı daxili və beynəlxalq münaqişələrlə qarışıb, eləcə də onlarda yüksək hərbiləşmə müşahidə olunur. 

Bu sıralama həm daxili, həm də beynəlxalq miqyasda davam edən münaqişələrin miqyası və hər bir ölkədə hərbiləşmə səviyyəsi daxil olmaqla bir neçə həyati kriteriyasına əsaslanır.




Ana səhifəyə qayıt        Baxış: 2 370          Tarix: 28-06-2023, 11:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma