Xəbər lenti

"Ermənilər öz çirkin niyyətlərini davam etdirmək üçün bütün yollara əl atırlar. "Feminist sülh kollektivi" platforması vasitəsilə Azərbaycana qarşı bəyanat səsləndirilməsi ermənilərin növbəti təxribatçı əməllərindən əl çəkməməsinin göstəricisidir".

Bunu Musavat.com-a millət vəkili Azər Badamov “Feminist Sülh Kollektivi” platforması “Total müharibə, blokada və hökmranlığa qarşı Qarabağla/Artsaxla həmrəy olmalıyıq” başlığı ilə bəyanatını şərh edərkən deyib.

O bildirib ki, feministlər Laçın yolunun bağlanması, Qarabağda humanitar böhranın dərinləşməsi və vəziyyətin dözülməzliyi ilə bağlı deyil, əslində, Azərbaycana qarşı birləşməyə çağırış edirlər:

"Növbəti bəyanat LGBT tərəfindən səsləndirilsə, təəccüblənmərik. Ermənilər hər vasitə ilə separatçılığa davam etməyə çalışırlar. Amma Azərbaycan öz suveren torpaqlarında erməni separatizminin davam etməsinə heç bir şəkildə imkan verməyəcək. Azərbaycan çoxmillətli və çoxkonfesiyalı ölkədir. Ermənilər də ölkəmizin digər xalqlarının nümayəndələri kimi konstitusiyamıza uyğun yaşayışlarını davam etdirə bilərlər. Amma erməniləri dəstəkləyənlər sanki onları başqa planetdən gələn buynuzlular kimi fərqləndirmək istəyirlər. Azərbaycana qarşı bəyanatlar səsləndirənlər niyə ancaq Azərbaycanda ermənilərə ərazi verilməsini istəyirlər? Dünyada ermənilərin kompakt şəkildə yaşadıqları Marsel, Los- Anceles və başqa şəhərlər var ki, ermənilər Qarabağdan dəfələrlə çox yaşayırlar. Qoy həmin yerlərdə ermənilərə azad dövlət istəsinlər. Azərbaycan ermənilərə dövlət yaratmaq üçün bir dəfə torpaqlarını güzəştə gedib. İndi ikinci dəfə erməni dövləti üçün ərazi vermək fikrində deyilik. Ermənilər qapı-qapı gəzib yalvararaq Azərbaycana qarşı bəyanatlar qəbul etdirmək əvəzinə, Bakı ilə danışıb birgə yaşayış üçün hazır olduğunu bildirsələr, normal təhlükəsiz həyatlarına davam etdirmək imkanını əldə etmiş olarlar".

Qeyd edək ki, “Feminist Sülh Kollektivi” platforması “Total müharibə, blokada və hökmranlığa qarşı Qarabağla/Artsaxla həmrəy olmalıyıq” başlığı ilə bəyanat yayıb. Bəyanatda 23 apreldən bu günə kimi Qarabağa ("Artsax"a) giriş-çıxışın tam nəzarətdə saxlandığı, son həftələrdə tamamilə məhdudlaşdırıldığı, nəticədə isə ciddi maddi qıtlıq, qaz və elektrik çatışmazlığı, aclıq, tibbi və s. xidmətlərə çıxışın olmaması qeyd olunub.




Ana səhifəyə qayıt        Baxış: 3 218          Tarix: 12-08-2023, 15:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma