Xəbər lenti

Belarus rəhbəri Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün bu ölkəyə uçub.

Məlumata görə, Lukaşenkonun Rusiyaya səfərinin əsas məqsədi Putinlə sentyabrın 15-də baş tutacaq danışıqlar olacaq. Danışıqların əsas mövzusu isə beynəlxalq gündəm və regional məsələlər, iqtisadiyyatda, xüsusən də sənayedə, kənd təsərrüfatında və digər sahələrdə görüləcək işlər və s. olacaq.

Bildirilir ki, Lukaşenkonun Putinlə şəxsi görüş üçün Soçiyə səfəri anidən verilmiş qərar deyil.

“Belarus tərəfi Priqojinin təyyarəsi ilə insidentdən dərhal sonra görüş barədə istəyini bildirib, lakin görüş üçün icazəni yalnız indi alıb”, - deyə məlumatlı mənbə bildirib.

Mənbə: UNİAN




Ana səhifəyə qayıt        Baxış: 3 624          Tarix: 14-09-2023, 21:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma