“Güman ki, Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya oktyabrın əvvəlinə qədər Ukrayna qüvvələrinin əks-hücumunu dayandırmağı əmr edib”.
Bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatında bildirilib.
“Kremldəki insayderin məlumatına görə, Putin Rusiya müdafiə naziri Sergey Şoyquya cəbhə xəttində vəziyyəti yaxşılaşdırmaq və Ukraynanın əks-hücumunu dayandırmaq üçün 2023-cü ilin oktyabr ayının əvvəlinə qədər bir aylıq möhlət verib”, - deyə hesabatda bildirilib.
Eyni zamanda, Müharibənin Tədqiqi İnstitutunun fikrincə, insayderin bəyanatı onu göstərə bilər ki, Rusiya hərbi komandanlığı hətta hərbi potensialın böyük həcmdə itkisi hesabına başa gəlsə belə, Ukraynanın həmləsini dayandırmaq üçün davamlı əks-hücumlar barədə əmrlər verir.
Mənbə: RBC-Ukrayna
Paylaş: