Xəbər lenti

Cümə axşamı BMT-nin Beynəlxalq Haaqa Məhkəməsi (Niderland) İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya üzrə Azərbaycana qarşı iddiası çərçivəsində Ermənistanın növbəti şikayəti ilə tərəflərin dinləmələrinə başlayıb.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetində bildirilir.

“Görünür, bu dəfə 35 illik “miatsum” adlı xəyalın biabırçı sonunu və onun gələcəkdə nə vaxtsa dirçəldilməsinə olan bütün ümidlərin süqutunun dönməzliyini artıq dərk edən erməni siyasətçilər son olaraq Azərbaycanı daha bir, bəlkə də, son cəhdlə beynəlxalq məhkəmələrə müvəqqəti tədbirlər tətbiq etməklə sancmaq qərarına gəliblər”, - deyən müəllif ermənilərin ölkəmizə qarşı 10 tələb irəli sürdüklərini vurğulayıb.

“Ermənistanı təmsil edən vəkillərin ardınca çıxış edən Azərbaycan hüquqşünaslar qrupunun üzvləri 10 bəndin hamısını ayrı-ayrılıqda nəzərdən keçirərək, bu tələblərin hər birinin uyğunsuzluğunu sübut edən arqumentlər təqdim ediblər”, - müəllif qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 3 228          Tarix: 14-10-2023, 13:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma