Xəbər lenti
27-11-2024, 19:25

Qarabağda ləğv olunmuş qondarma rejimin sabiq “dövlət naziri” Artak Beqlaryan ötən həftə “APRI Armenia” analitik mərkəzində keçirdiyi konfransda bildirib ki, Qarabağdan könüllü çıxmış erməni əsilli şəxslərdən 10 mindən çoxu Ermənistanı tərk edib. Beqlaryan deyib ki, onların Ermənistanda qalması üçün şərait yaradılmalıdır.

Nəyə görə Qarabağ erməniləri Ermənistanda qalmaq istəmirlər?

Ədalət Partiyasının sədr müavini, siyasi şərhçi Heydər Oğuz Herbiand.az-a bildirib ki, Ermənistanın Qarabağ ermənilərinə verə biləcəyi çox şey yoxdur:

“Onlar bu ölkədə köçkünlük həyatı yaşamalı, ianələr hesabına dolanmalıdırlar. Xarici ölkələrdə isə daha rahat həyat şərtlərinin onları gözlədiklərinə inanırlar. Çünki xaricdə erməni lobbisi var və bu lobbinin onlara qahmar çıxması da mümkündür. Ümumiyyətlə, lobbilər idarə etdikləri diasporanın dairəsinin genişlənməsində maraqlıdırlar. Vətəndaşlığını ala biləcəkləri hər erməni səsi onların gücünü artırır və qazanclarına yeni qazanclar qatır. Bu baxımdan ermənilərin üçüncü xarici dövlətə germəsi məntiqlidir və erməni lobbilərinə sərf edir. Üstəlik, Qarabağ ermənilərinin siyasi hüquqlarının pozulduğuna dair fikir formalaşdırmaq da asandır. Qərb dövlətləri onlara asanlıqla sığınacaq verə bilərlər. Erməniləri boş verin, hətta bizim ölkəmizdən qaçan bəzi azərbaycanlılar Qərb ölkələrindən sığınacaq almaları üçün özlərinin az qala 7 arxa dönənini belə etnik azlığın nümayəndələri kimi təqdim edirlər”.

Bəxtiyar CƏFƏRLİ




Ana səhifəyə qayıt        Baxış: 4 753          Tarix: 30-10-2023, 12:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma