Xəbər lenti
27-11-2024, 19:25

“Ermənistan Brüsseldə üçtərəfli görüşə hazırdır və ümid edir ki, bu görüş yaxın vaxtlarda baş tutacaq”.

Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə “Ermənistan-Avropa” konfransında deyib.

“Ermənistan sülhə hazırdır. Hazırkı mərhələdə İrəvan Azərbaycanla sərhədin dəqiqləşdirilməsi, respublikanın ərazi bütövlüyünün tanınması ilə bağlı dəqiqləşdirmələr aparmağa çalışır”, - deyə o bildirib.

Armen Qriqoryanın sözlərinə görə, İrəvan həmçinin dörd prinsip əsasında regionda blokadanın aradan qaldırılmasına səy göstərir. Bunlardan biri də əsirlərin qaytarılması və sülhün əldə olunması ilə bağlıdır.

“Ermənistan bu gündəm üzrə danışıqları davam etdirməyə, Brüsselə gəlməyə, son nöqtəyə çatmağa və sülh müqaviləsini imzalamağa hazırdır”, - deyə Qriqoryan qeyd edib

Mənbə: Erməni KİV




Ana səhifəyə qayıt        Baxış: 3 833          Tarix: 10-11-2023, 20:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma