Xəbər lenti
27-11-2024, 19:25

“Səkkiz kəndin Azərbaycana qaytarılması sülh müqaviləsində öz əksini tapmalıdır”.

Bunu “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, anklavların Azərbaycana qaytarılması vacib məsələdir və hazırda gündəmdədir.

Ekspert bildirib ki, Azərbaycan yaxın gələcəkdə Qazaxın yeddi və Naxçıvan Muxtar Respublikasının bir kəndi ilə bağlı əməli işlərin görülməsini gözləyir:

“Xarici işlər naziri Ceyhun Bayramovun bu yaxınlarda həmin məsələni gündəmə gətirməsi də onu göstərir. Çünki Ermənistanla həll olunmamış məsələlərdən biri, hətta ən əsası məhz budur”, - politoloq deyib.

İlqar Vəlizadə qeyd edib ki, əgər Ermənistan Azərbaycanla münasibətləri tənzimləmək istəyirsə, ilk olaraq kəndləri geri qaytarmalıdır.

“Əgər kəndlər Azərbaycana qaytarılmasa, Ermənistanla Azərbaycan münasibətlərinin normallaşdırılması da mümkün olmayacaq. Ona görə də bu məsələ sülh müqaviləsində də öz əksini tapmalıdır. Sülh müqaviləsi üçün tərəflər qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanımalıdırlar”, - o deyib.

Politoloq vurğulayıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan tez-tez Azərbaycanın ərazi bütövlüyündən söz açılanda 86,6 min kvadrat kilometr ərazisindən danışır və həmin ərazinin daxilində səkkiz kənd də var:

“Ona görə də əgər Ermənistan, doğrudan da, qarşılıqlı şəkildə ərazi bütövlüyü məsələsini həll etmək istəyirsə, anklavları qeyd-şərtsiz Azərbaycana qaytarmalıdır və həqiqətən yardım etmək istəyən vasitəçilər də bu istiqamətdə Ermənistanın qarşısına tələb qoymalıdırlar”.




Ana səhifəyə qayıt        Baxış: 3 062          Tarix: 13-11-2023, 17:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma