Xəbər lenti
27-11-2024, 19:25

“İrəvan Moskvanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün Rusiyada keçirilməsi təklifini nəzərdən keçirir, lakin hələlik konkret razılaşma yoxdur”.

Bu sözləri Ermənistan səfiri Vaqarşak Arutyunyan deyib.

Ermənistanlı diplomat qeyd edib ki, müxtəlif təkliflər, müzakirələr var, amma hələlik konkret razılaşma yoxdur.

“Çünki iş qrafiki ilə bağlı çətinliklər yaranır. Ona görə də burada heç bir problem yoxdur, yalnız texniki razılaşma var. Ermənistan tərəfi heç bir təklifdən imtina etmir. Hazırda bu istiqamətdə iş gedir”, - deyə Ermənistanın Rusiya Federasiyasındakı səfiri vurğulayıb.

Mənbə: İnterfax.ru




Ana səhifəyə qayıt        Baxış: 3 800          Tarix: 17-11-2023, 16:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma