Xəbər lenti
Dünən, 19:25

Rəsmilərdən heç biri “sülh kəsişməsi”nin nə olduğunu izah edə bilmir: onlar da bilmirlər, sadəcə olaraq onlara yeni brend haqqında danışmaq tapşırılıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Vahe Ovannisyan danışıb. Özünü “ekspert” adlandıran bu şəxsin yazdıqlarına baxanda elə başlıqdakı cümləni anlamaq mümkündür.

“Cəmi iki ay əvvəl “minilliklərlə” (?!-red) saxladığınız “vətəninizin” böyük bir hissəsini itirdiyiniz zaman “sülhün kəsişməsi” nə deməkdir? İctimaiyyət şok vəziyyətindədir və nə baş verdiyini anlaya bilmir”,-deyə Ovannisyan yazıb.

“Ermənistanda hakimiyyət əslində bir nəfərdən ibarətdir, dövlət institutları, hüquq-mühafizə sistemi yoxdur, onlar işləmir, biz eksperimental vəziyyətdəyik: belə çıxır ki, dövlətin və xalqın bir adamın əlində ancaq oyuncaq funksiyası var... Səhvlərə görə ödənilən qiymət isə dövlətin özüdür, ərazilərdir”,-deyə o, qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 3 256          Tarix: 20-11-2023, 23:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma