Xəbər lenti
Dünən, 19:25

Ermənistanın baş naziri Nikol Paşinyan dekabrda Sankt-Peterburqda baş tutacaq Müstəqil Dövlətlər Birliyi (MDB) liderlərinin ənənəvi qeyri-rəsmi və Avrasiya İqtisadi İttifaqı (Aİİ) liderlərinin rəsmi görüşündə iştirak edəcək.

Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Ermənistan mediasına açıqlama verib.

“Baş nazir dekabrın sonunda Sankt-Peterburqa qeyri-rəsmi görüşə (MDB) gələcək. O, həm də Avrasiya İqtisadi İttifaqının rəsmi sammitinə qatılacaq”, - deyə Uşakov bildirib.

Bu məlumatın etibarlı olub-olmaması ilə bağlı suala Rusiya Federasiyası prezidentinin köməkçisi belə cavab verib:

“Biz İrəvandan siqnal almışıq, dəqiq siqnal”.

Qeyd edək ki, bundan əvvəl N.Paşinyan Minksdə keçirilən Kollektiv Təhlükəsilzik Müqaviləsi Təşkilatının (KTMT) zirvə görüşünə gəlməkdən imtina edib. Onun bu qərarı Ermənistanı Rusiyanın təsirindən qopararaq Qərbə yaxınlaşdırmaq cəhdi kimi təqdim edilib.

Lakin Moskvanın dominant olduğu MDB və Aİİ kimi qurumlarda rəsmi İrəvanın öz fəaliyyətini əvvəlki kimi davam etdirməsi N.Paşinyanın “qərbyönümlülüyünü” şübhə altına alır. Bu, Ermənistan rəhbərliyinin əslində Rusiyadan uzaqlaşmaq niyyətində olmadığını, sadəcə öz riyakar siyasətilə həm Kreml, həm də Vaşinqton və Brüsseldən maksimum dividendlər əldə etməyi hədəflədiyini bir daha sübut edir.

oxu.az




Ana səhifəyə qayıt        Baxış: 3 365          Tarix: 27-11-2023, 20:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma