Xəbər lenti
Dünən, 19:25

"Azərbaycan hərbçilərinin əsirlikdən azad edilməsi təbii ki, hamını sevindirir. Azərbaycan Prezidenti onların taleyinə biganə olmadığını bir daha sübut etdi".

Bu fikirləri Musavat.com-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

O bildirib ki, bu sevinc təkcə hərbçilərimizin ailələrinin deyil, həm də bütün azərbaycanlıların sevincidir:

"Azərbaycan daha öncə də həm mülki, həm də hərbi vətəndaşları Ermənistana təhvil verib. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan qeyd-şərtsiz humanist addımlar atmışdı. Ermənistan tərəfi azərbaycanlı hərbçilərin saxlanmasından çox böyük şou yaratdı. Hərbçilərimizə ağır ittihamların irəli sürülməsi Ermənistan siyasi hakimiyyətinin iç üzü idi. Hərbçimiz Hüseyn Axundovun guya zərərçəkənin ərizəsi əsasında ömürlük cəzaya məhkum edilməsi də yaranmış vəziyyətdən istifadə məqsədi daşıyırdı. Onlar təxribatçı erməni əsirlərin geri qaytarılmasına nail olmaq istədilər. Amma onların bu istəyi baş tutmadı. Məsələ Prezident İlham Əliyevin humanist yanaşması ilə həll olundu. Bu iki Azərbaycan əsgərinin həyatının, təhlükəsizliyinin qorunması istiqamətində atılmış addımdır. Biz fakt qarşısında deyildik. İki Azərbaycan vətəndaşının 32 erməni ilə dəyişdirilməsi sırf İlham Əliyevin humanist yanaşmasıdır. Bu nəticə Azərbaycan xalqını çox sevindirdi".




Ana səhifəyə qayıt        Baxış: 4 092          Tarix: 13-12-2023, 21:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma