Xəbər lenti

“Rusiya prezidenti Vladimir Putin seçkilərə heç bir partiyadan getmədiyini, imza toplayacağını elan edəcək”.

Bu sözləri Rusiyanın “Ədalətli Rusiya - Həqiqət naminə” fraksiyasının lideri Sergey Mironov Putinin prezidentliyə namizəd kimi irəli sürülməsi üzrə təşəbbüs qrupunun iclasının kuluarlarında deyib.

“Bu gün təşkilat komitəsinin iclasında elan olunacaq ki, o, heç bir partiyadan namizədliyini irəli sürmür... O, imza toplayacaq”, - deyə Mironov bildirib.

Qeyd edək ki, daha əvvəl Vladimir Putin Rusiyada seçkilərə kənardan müdaxilə cəhdlərinin ciddi şəkildə qarşısının alınacağı ilə bağlı xəbərdarlıq edib. (Oxu.az)




Ana səhifəyə qayıt        Baxış: 3 999          Tarix: 16-12-2023, 19:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma