Xəbər lenti
Dünən, 19:25

“Ermənistan tezliklə ikinci Ukraynaya və ya Suriyaya çevrilə bilər”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ümumerməni Fondunun keçmiş rəhbəri Ara Vardanyan deyib.

“Rusiya regionu tərk etmək niyyətində olmadığını gizlətmir. Eyni zamanda, Ermənistan hakimiyyəti Moskvanı təxribata çəkmək üçün bütün mümkün vasitələrdən istifadə edir. Ermənistandakı beşinci kolon ölkədə rusofob əhval-ruhiyyəni yaymaq üçün hər şeyi edir. Bütün bunlar bizi yalnız Ukrayna və ya Suriya ssenarisinə yaxınlaşdırır”, - deyə Vardanyan bildirib.

Onun sözlərinə görə, hazırkı tendensiyanın davam etməsi halında Ermənistanın gələcək perspektivi kifayət qədər qeyri-müəyyən görünür.

Vardanyanın bildirdiyinə görə, Ermənistanın Qərblə münasibətlərini düzəltmək naminə Rusiya ilə əlaqələri kəsməli olduğunu iddia edən bütün qüvvələr həyasızcasına yalan danışırlar.

“Türkiyə Qərbin regiondakı təmsilçisidir, Ermənistan Rusiya Federasiyası ilə əlaqələri kəsdiyi gün Türkiyənin vilayətinə çevriləcək. Ermənistan artıq “yarıvilayət” statusuna malikdir, çünki Ermənistan hakimiyyəti tamamilə Türkiyə-Azərbaycan tandeminə boyun əyib,” - deyə Ara Vardanyan bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 520          Tarix: 19-12-2023, 17:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma