Xəbər lenti

Prezident İlham Əliyevin yenidən prezident seçilməsindən sonra ilk xarici səfəri məlum olub.

Axar.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şoltsun Prezident İlham Əliyevə təbrik məktubunda bildirilib.

Şolts qeyd edib ki, İlham Əliyevlə Münhen Təhlükəsizlik Konfransında görüşəcəyindən şad olacaq.

Münhen Təhlükəsizlik Konfransı 16-18 fevral tarixlərində keçiriləcək.

Beləliklə, Prezident İlham Əliyevin ilk səfəri sabah Münhenə olacaq.

Ancaq bu, hansısa ölkəyə edilən rəsmi səfər deyil, Təhlükəsizlik Konfransında iştirakdır.

Böyük ehtimalla Prezident İlham Əliyevin seçkidən sonra səfər edəcəyi ilk ölkə ənənəvi olaraq Türkiyə olacaq.




Ana səhifəyə qayıt        Baxış: 3 999          Tarix: 15-02-2024, 15:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma