Xəbər lenti

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının AMİP Bakı şəhəri rayon təşkilatları sədrlərinin iştirakı ilə növbəti genişləndirilmiş iclası keçirilib. İclasda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub və cari ildə keçirələk seçkilər, həmçinin Referendum keçirələcəyi ehtimalı nəzərə alınaraq AMİP Seçki Qərərgahının formalaşdırılması məqsədəmüvafiq hesab edilib. Bu məqsədlə AMİP Ali Məclisinin iclasının çağırılması barədə qərar qəbul edilib.

Siyasi Şura həmçinin, AMİP sədrinin Təşkilat məsələləri, Seçkilər və Bələdiyyələrlə iş, Beynəlxalq məsələlər və Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müavinlərinin cari ildə görüləcək işlərlə bağlı təqdim etdikləri fəaliyyət proqramlarını dinləyib və qənaətbəxş hesab edib.

İclasda 26 fevral Xocalı faciəsinin qurbanlarına qoyulan Abidənin ənənəvi olaraq ziyarət ediləcəyi diqqətə çatdırılıb və bir sıra digər cari məsələlər müzakirə edilib.





Ana səhifəyə qayıt        Baxış: 3 847          Tarix: 24-02-2024, 13:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma