Xəbər lenti

Almaniyanın Müdafiə Nazirliyi zabitlərin Ukraynaya “Taurus” raketlərinin tədarükü imkanlarını müzakirə edən səs yazısının doğruluğunu təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə Almaniyanın Birinci telekanalında bildirilib.

“Bizim qiymətləndirməmizə görə, Hərbi Hava Qüvvələrindəki söhbətə müdaxilə edilib. Yazıya və ya onun sosial şəbəkələrdə yayılan mətn variantına müəyyən dəyişikliklər edilib-edilmədiyini dəqiq deyə bilmərik”, - Almaniya Müdafiə Nazirliyinin adını açıqlamayan nümayəndəsi RT-nin baş redaktoru Marqarita Simonyanın dərc etdiyi səs yazısına münasibət bildirərkən deyib.

Qeyd edək ki, səs yazısında Hərbi Hava Qüvvələrinin zabitlərinin müdafiə naziri Boris Pistorius üçün Ukraynada “Taurus” raketlərindən istifadənin mümkünlüyü barədə hesabat hazırladıqları əks olunub. Zabitlər açıq şəkildə Ukraynada Amerika və Böyük Britaniya hərbçilərinin olması, eləcə də Krım körpüsünə hücum məqsədilə Almaniyada Ukrayna hərbçilərinə “Taurus” raketlərindən istifadə etmək üçün təlim keçmək imkanlarından danışırlar.

Almaniya kansleri Olaf Şolts bu səs yazısını “çox intensiv, diqqətlə və tez araşdırılan ciddi bir məsələ” adlandırıb.

Alman müdafiə ekspertləri isə təhlükəsiz olmayan kommunikasiya xətləri üzərindən həssas mövzuların necə müzakirə edildiyindən çaşqınlıqlarını ifadə ediblər.




Ana səhifəyə qayıt        Baxış: 3 586          Tarix: 2-03-2024, 20:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma