Bu gün Ermənistan Rusiyaya qarşı sanksiyaları “yumşaltmaq üçün” müəyyən addımlar atır (Rusiyaya qarşı sanksiyaların dəlinməsi nəzərdə tutulur – red.), müəyyən mənada Paşinyan hələ də bu “qırmızı xətti” saxlayır, lakin rusların münasibətləri pisləşdirməyəcəyini söyləmək çətindir.
Axar.az xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan deyib.
O qeyd edib ki, Ukrayna da Rusiya üçün müəyyən tranzit rolu oynayıb, lakin Moskva bir gün buna göz yumaraq ona hücum edib:
“Ona görə də Rusiya bizə deyir: hər şeyi aydın deyin, faktiki donma yoxdur. Təhlükəsizlik sahəsində Fransa və Yunanıstanla əməkdaşlığa gəlincə, hələlik bununla bağlı ciddi bir şey yoxdur. Yaxşı, tutaq ki, haradansa 5 növ silah gətirilib, bu, əsl təhlükəsizlik problemini həll edirmi? Məsələn, Zəngəzurla bağlı təhlükə yaranan kimi İran bir neçə dəfə qoşunlarını sərhədə yaxınlaşdırdı, orada hərbi təlimlər keçirdi və çox sərt şəkildə dedi: Zəngəzura girsəniz, vəziyyət başqa cür olacaq. İran sizin təhlükəsizliyinizi təmin etmək üçün daha çox işlər görüb. Yəni təhlükəsizliyin təmin edilməsi bir neçə zirehli transportyordan ibarət deyil. Bu müddət ərzində Fransadan və ya Hindistandan nə gətirilib, təhlükəsizliyinizi təmin edirmi? Bu gün Ukrayna müəyyən silah və sursatla təmin olunur, lakin bunlar o miqdarda verilir ki, ukraynalılar sadəcə olaraq ətçəkən maşında qalır və Moskvanı məğlub edə bilmirlər. İranın Ermənistanı silahlandırmaması yalnız İrəvanın hazırkı hökumətinin günahıdır, çünki o, silah və sursatları İrandan deyil, Tehrana qarşı olan düşərgələrdən almağa üstünlük verir. Amma İranın etdikləri Ermənistana nə vaxt çatacağı bilinməyən sistemlərdən yüz dəfə önəmlidir”.
Paylaş: