Xəbər lenti

“Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin qərarını tanımır”.

Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml nümayəndəsi Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Qara Dəniz Donanmasının komandiri Viktor Sokolov və Aerokosmik Qüvvələrin uzaqmənzilli aviasiya üzrə komandiri Sergey Kobılaşın həbsinə dair order verməsinə münasibət bildirib.

“Biz Roma Statutunun iştirakçıları deyilik, onu tanımırıq. Belə qərarlara müvafiq davranırıq”, - deyə Peskov bildirib.

O xatırladıb ki, bu, Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya ilə bağlı ilk qərarı deyil. Peskovun sözlərinə görə, BCM-də müxtəlif qapalı proseslər gedir.

Qeyd edək ki, Rusiyanın hər iki yüksəkrütbəli hərbçisi barəsində həbs qərarı Ukraynadakı vəziyyət kontekstində verilib.

Həmçinin, BCM daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin də həbsinə order verib.

Mənbə: NEWS.ru




Ana səhifəyə qayıt        Baxış: 3 250          Tarix: 6-03-2024, 17:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma