Xəbər lenti

Torpağınızda rus əsgərlərin, Rusiya FSB-nin və ya hər hansı digər Rusiya hüquq-mühafizə orqanının olmasını istəyirsinizsə, bu, sizin suveren qərarınızdır.

Axar.az xəbər verir ki, bu sözləri AB-nin xarici əlaqələr üzrə rəsmi nümayəndəsi Piter Stano Brüsseldə “Azadlıq” radiosunun erməni redaksiyasına açıqlamasında deyib.

Ermənistanın Rusiyanın rəhbərlik etdiyi alyanslardan çıxmasının AB ilə münasibətləri gücləndirmək üçün zəruri olub-olmaması ilə bağlı sualı Stano belə cavablandırıb:

“AB “Bizimlə işləmək istəyirsənsə, bütün digər tərəfdaşlardan imtina etməlisən” deyən aktor deyil. “Ermənistan üçün ev tapşırığı daha çox islahatları davam etdirməkdir. Söhbət Ermənistanın siyasi və iqtisadi baxımdan AB-yə yaxınlaşmasından gedir. Və bu, əlbəttə ki, islahatlar üzərində işləməkdən ibarətdir: demokratik institutların gücləndirilməsi, zəruri iqtisadi islahatlar, qanunun aliliyinin təmin edilməsi, korrupsiyaya qarşı mübarizə. Ermənistanın bu istiqamətdə işi qiymətləndirilir. Ancaq həllini gözləyən problemlər var”.

O bildirib ki, Ermənistan Rusiya ilə hansısa əməkdaşlığın öz maraqları üçün vacib, faydalı olduğuna inanırsa, AB siyasətlərinə, məsələn, bizim sanksiya siyasətimizə zidd olmamaq şərti ilə bunu edə bilər.




Ana səhifəyə qayıt        Baxış: 3 072          Tarix: 7-04-2024, 13:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma