Xəbər lenti

Moskvada azərbaycanlı iş adamlarına məxsus "Yevropeyski" Ticarət və Əyləncə Mərkəzinə bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.

APA xəbər verir ki, Rusiya paytaxtının mərkəzində, Kiyev vağzalının yaxınlığında yerləşən Ticarət və Əyləncə Mərkəzi "bomba" qoyulması təhlükəsi ilə təxliyə edilib.

Qeyd edək ki, "Yevropeyski" Ticarət və Əyləncə Mərkəzi yəhudi əsilli azərbaycanlı iş adamları Qod Nisanov və Zarax İliyevə məxsusdur.




Ana səhifəyə qayıt        Baxış: 2 744          Tarix: 17-06-2024, 13:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma