Xəbər lenti

Baş vermiş hadisəni yerində araşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan, AZAL-a məxsus təyyarə qəzaya uğrayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 982          Tarix: Dünən, 12:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma